Lənkəranda evdə meyit aşkarlanıb.
Manset.az APA-ya istinadən verdiyi məlumata görə, bu gün səhər Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərin birində kişi meyiti tapılıb.
Məlumata görə, orta yaşlı şəxsdən 20 günə yaxındır xəbər olmayıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası əraziyə cəlb olunub.
Fakt üzrə araşdırmalar davam etdirilir.