Mingəçevirdə bədbəxt hadisə baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 4 saylı orta məktəbində qeydə alınıb.
Belə ki, məktəbin 6-cı sinif şagirdi məktəbin həyətində sinif yoldaşları ilə birlikdə olarkən baş nahiyəsindən ağır bədən xəsarəti alıb.
Xəstəxanaya çatdırılan yaralı oğlan əməliyyat olunub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, məktəblinin xəsarət alması barədə polisə məlumat daxil olub. İzahatlar alınıb və hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.