Bakıda "prava" dələduzluğu edən şəxsə hökm oxundu

20:44 - 03 Dekabr 2025

Bakıda \"prava\" dələduzluğu edən şəxsə hökm oxundu

Bakıda sürücülük vəsiqəsi düzəltmək adı ailə vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxunub. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə mühakimə olunan Günay Süleymanova (şərti)  2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

İş materiallarından məlum olur ki, o, zərərçəkmişlərin birindən 800, digərindən isə 1900 manat alıb. Günay Süleymanova hər iki şəxsə sürücülük vəsiqəsi düzəldəcəyini vəd edib. Onları inandırıb ki, bu işi görmək üçün geniş əlaqələrə malikdir. 

Sonradan zərərçəkmişlər aldadıldıqları anlayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Günay Süleymanova məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az