Könül Vəlibəylinin qızı komadan ayıldı

13:32 - 03 Dekabr 2025

Könül Vəlibəylinin qızı komadan ayıldı

Yasamaldakı yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyəti açıqlanıb. 


Manset.az xəbər verir ki, bu barədə Yeni Klinikadan məlumat verilib.

    Bildirilib ki, onun Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti ağır stabildir.

    "Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir", - məlumatda qeyd olunub.

    Tənəffüs patterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından, intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az