Azərbaycanın Xalq artisti, dünyaşöhrətli Zeynəb Xanlarova Xoşqədəm Hidayətqızı üçün mahnı ifa edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Xalq artisti Zeynəb Xanlarova Əməkdar jurnalist, tanınmış aparıcı Xoşqədəm Hidayətqızı üçün “Qalmaz belə dünya” mahnısını səsləndirib.
Həmin kadrların Vətən müharibəsi zamanı Xəzər TV-də yayımlanan “Atəş xətti” proqramına aid olduğu bildirilib.