Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraiti dekabrın 5-i səhərədək davam edəcək.
Manset.az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.