logo
logo logo
logo

Masallıda avtomobillər toqquşdu - 2 nəfər öldü

09:36 - 03 İyul 2026

Masallıda avtomobillər toqquşdu - 2 nəfər öldü

Masallıda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, Babayev Rusif İsmayıl oğlu idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Feyzullayev Nikbin Elçin oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə toqquşub.

Nəticədə R.Babayev idarə etməni itirərək yolun sağ kənarında boş torpaq sahəsinə çıxaraq beton dirəyə və ağaca çırpılıb. Qəza nəticəsində özü və avtomobildə sərnişin qismində əyləşmiş Məmmədzadə Araz Telman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həsənov Pərvin Əliniyaz oğlu başın təpə nahiyəsinin böyük həcmli kəsilmiş yarası xəsarətlərini alaraq Masallı RMX-na daxil olub.

Faktla bağlı cinayət işi başlanaraq istintaqı davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az