logo
logo logo
logo

Məşhur şairi gürzə SANCDI

16:40 - 05 İyul 2026

Məşhur şairi gürzə SANCDI

Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib.

Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərli gürzə ilanı dişləyib. 

Məlumata görə, ailə üzvlərinin çevik reaksiyası nəticəsində şair təcili olaraq şəhər xəstəxanasına çatdırılıb. Həkimlər ona zəruri tibbi yardım göstəriblər. Hazırda onun həyatı üçün təhlükənin olmadığı bildirilir. İlyas İdziyev reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinin tədricən yaxşılaşdığı qeyd olunur.

Qeyd edək ki, İlyas İdziyev 1938-ci ildə Dağıstanın Sergokalinski rayonunun Uraxi kəndində anadan olub. Peşəcə stomatoloq olan şair yeddi şeir toplusunun müəllifidir. Onun "Ulduzlara doğru atılım", "Gənclik baharı", "Tumanar", "Taleyin hədiyyəsi" və "Şairin ürəyi" adlı kitabları nəşr olunub. O, yaradıcılığı dövründə 1400-dən çox şeir qələmə alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az