Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəvi şəkildə həyatını itirib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə gürcü mediasında xəbər yayılıb. Məlumata görə, azərbaycanlı gənc göldə çimərkən boğularaq ölüb.
Bildirilib ki, Fərman Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı.