logo
logo logo
logo

"Tiktok"da söyüşlü video paylaşdı - Həbs olundu

17:54 - 01 Avqust 2026

\"Tiktok\"da söyüşlü video paylaşdı - Həbs olundu

Sosial şəbəkədə paylaşdığı videoda nalayiq ifadələr işlədən şəxs həbs olunub.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, rayon sakini olan 36 yaşlı Bayram Həsənov (şərti adla) “tiktok” sosial şəbəkəsində özünə məxsus hesabda paylaşdığı video əxlaqsız ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.

Bu əməlinə görə, Bayram Həsənov saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci ( İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Bayram Həsənov sözügedən videonu heç kimə ünvanlamadığını və əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə B. Həsənov 8 gün müddətinə inzibati qaydada həbs olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az