Masallıda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə yeni Ələt–Astara magistralında qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobilin xanım sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yoldan çıxıb və aşıb. Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücü Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Nuranə Alisoy