logo
logo logo
logo

Zərdabda ağır QƏZA - Ölən və yaralılar var 

23:33 - 06 Avqust 2026

Zərdabda ağır QƏZA - Ölən və yaralılar var 

Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Məlikumudlu kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, Yevlaxdan həmin kəndə qonaq gedən şəxslərin olduğu minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yüksək gərginlikli elektrik dirəyinə çırpılıb.

Qəzada sərnişin Leyla Nəsib qızı İsmayılova həyatını itirib.

Yaralılar Şəfaqət Rəşad qızı İsmayılova (2006-cı il təvəllüdlü) və Aybəniz Nağı qızı İsmayılova (1986-cı il təvəllüdlü) Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəza nəticəsində yüksək gərginlikli elektrik dirəyinin aşması səbəbindən Məlikumudlu və Çallı kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az