logo
logo logo
logo

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

23:41 - 05 Oktyabr 2026

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


    Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, hadisə barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində onmərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 143 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, şaxtada isə 15 paqonmetr elektrik kabeli yanıb.

    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

    Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

    Hadisə nəticəsində xəsarət alan olmayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az