logo
logo logo
logo

Biləsuvarda motosikletlə yük maşını toqquşdu - Ölən var

20:04 - 13 Noyabr 2026

Biləsuvarda motosikletlə yük maşını toqquşdu - Ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında əvvəlki Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, rayon sakini 2006-cı il təvəllüdlü Elşən Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az