logo
logo logo
logo

Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu

19:11 - 16 Noyabr 2026

Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu

Bakıda Türkiyə vətəndaşını avtomobil vurub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində baş verib.

Türkiyə vətəndaşı, 1972-ci il təvəllüdlü Hüseyn Öztürkün avtomobili rayon ərazisində hərəkətdə olarkən nasazlıq yaranıb. O, avtomobilindən düşərkən arxadan gələn mikroavtobus idarəetməni itirib və Hüseyn Öztürkü vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az