logo
logo logo
logo

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğradı

20:31 - 16 Noyabr 2026

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğradı

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində baş verib.

Əcnəbi turistləri daşıyan mikroavtobusda qəfil nasazlıq yaranıb və avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Şaiq Məmməd oğlu Qədirov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az