logo
logo logo
logo

Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş/FOTOLAR

10:36 - 29 Noyabr 2026

Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş/FOTOLAR

Ağcabədidə bir əsrdən çox yaşı olan keçmiş məktəb binasında yanğın baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Minaxorlu kəndində, Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən binada qeydə alınıb.

Yanğın baş verən binanın 100 ildən artıq yaşı var. Tarixi tikili əvvəllər bəy evi olub, sovet dövründə isə məktəb binası kimi fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikilərək istifadəyə verildikdən sonra köhnə tikili məktəbin anbarı kimi istifadə olunub.

Hadisə yerinə Ağcabədi Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun fəaliyyətdə olan məktəb binasına keçməsinin qarşısı alınıb.

Hazırda FHN əməkdaşları aktiv yanma ocaqlarının aşkar edilərək söndürülməsi istiqamətində işləri davam etdirirlər.






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az