Xəbər verdiyimiz kimi, dünən Bakının Maştağa qəsəbəsində Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Sevgi Rəsulova Gömrük Komitəsinin əməkdaşı olmaqla yanaşı, Azərbaycan Texniki Universitetində elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə 2-ci kurs magistatura tələbəsi olub.