Sumqayıt sakinləri Qubada qəzaya düşdülər

21:08 - 24 Sentyabr 2022

Sumqayıt sakinləri Qubada qəzaya düşdülər

Qubanın Qam-Qam kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çarpılması nəticəsində qeydə alınıb.

Xəsarət alanlar - Sumqayıt şəhər sakinləri, sürücü 1980-cı il təvəllüdlü Elşən Məcid oğlu Ramazanov və onun sərnişini 1994-cü il təvəlludlü Lütfiyyə Məmməd qızı Ramazanova Quba Rayon Diaqnostika mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az