Gədəbəydə yol-nəqliyyat hadisəsi oldu: 4 nəfər xəsarət aldı

23:44 - 27 Oktyabr 2022

Gədəbəydə yol-nəqliyyat hadisəsi oldu: 4 nəfər xəsarət aldı

Gədəbəyin Zəhmətkənd kəndində iki piyada və iki sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili 7 yaşlı Y.A və daha bir azyaşlı piyadanı vurub.

Qəza zamanı avtomobildə olan sərnişinlər - C.O və S.P də xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan Y.A-nın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az