Şəmkirdə 42 yaşlı qadın naməlum şəraitdə bıçaq xəsarəti alıb.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü K.Əliyeva kürək nahiyəsinin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Yaralı dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir. K. Əliyevanın hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.