Daha 4 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

12:01 - 09 İyun 2024

Daha 4 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə qoşulacaq.

 

Manset.az xəbər verir ki, yarışın son günündə Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) döşək üzərinə çıxacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az