Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşib.
Manset.az "Report"a istinadən xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında İngiltərə millisi üstün olub - 5:3.
Oyunun əsas vaxtında İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.
Qeyd edək ki, İngiltərə yığması yarımfinalda Niderland - Türkiyə matçının qalibi ilə görüşəcək.
21:40
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında hesab bərabərləşib.
Manset.az "Report"a istinadən xəbər verir ki, İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.
Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.
21:07
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında ikinci hissə başlayıb.
Hazırda davam edən qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.
20:52
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında ilk hissə bitib.
Komandalar fasiləyə qolsuz yollanıblar.
Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.
20:18
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçına start verilib.
Qarşılaşma Düsseldorf şəhərindəki "Esprit Arena"da keçirilir.
Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.