7 aylıq hamilə qadın qılıncoynatma yarışlarında iştirak etdi - Paris-2024

14:48 - 30 İyul 2024

7 aylıq hamilə qadın qılıncoynatma yarışlarında iştirak etdi - Paris-2024

Paris-2024 Yay Olimpiya Oyunlarında maraqlı hadisə yaşanıb. 

 

Manset.az xəbər verir ki, misirli qılıncoynadan Nada Hafez hamiləliyinin 7-ci ayında Olimpiadada iştirak edib.

Bu barədə idmançı sosial şəbəkə hesabında bildirib. "Biz üç nəfər idik! Bu, mən, rəqibim və hələ doğulmamış körpəm...! Körpəm və mən bir çox çətinliklərlə üzləşdik, həm fiziki, həm də mənəvi...

Xoşbəxtəm ki, ərimin və ailəmin etimadını bölüşə bildim" - deyə idmançı sosial şəbəkədə qeyd edib.

Məlumat üçün bildirək ki, idmançı çıxışı zamanı 1/8 final mərhələsinə yüksəlib. Hafez 7:15 hesabı ilə cənubi koreyalı rəqibi Çon Heyung-a məğlub olub.

Xatırladaq ki, iyulun 26-da start götürən Paris Olimpiya Oyunları avqustun 11-dək davam edəcək. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az