Millimiz məğlub oldu

22:00 - 10 İyun 2025

Millimiz məğlub oldu

Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.


Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena"da baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın qolunu Renat Dadaşov (7) vurub. Macarların heyətində isə Barnabaş Varqa (5) və Dominik Soboslai (33) fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv