“Barselona”nın hücumçusu Robert Levandovski “Fənərbaxça” klubuna transfer olacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, futbolçu Türkiyə Super Liqasında çıxış etmək niyyətində olmadığını bildirib. O, yanvarda komandasını dəyişməyi planlaşdırmasa da, “Barselona”nın yeni hücumçu transfer edəcəyi təqdirdə gələcəyi ilə bağlı qərarı yenidən nəzərdən keçirəcəyini də istisna etməyib.
Qeyd edək ki, daha öncə hücumçunun mövsümün sonunda "Barselona"dan ayrılacağının gözlənildiyi və klubun hələlik ona yeni müqavilə təklif etmədiyi məlumatları yayılmışdı.
Xatlrladaq ki, Robert Levandovski bu mövsüm "Barselona"da 12 oyunda meydana çıxıb və 7 qol vurub.