İspaniya Superkubokunun yarımfinal matçında "Real" Madridin digər təmsilçisi "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib.
Manset.az xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilib.
Qalib komandanın heyətində qolları Federiko Valverde (2) və Rodriqo (55) vurublar. "Atletiko"dan isə Aleksandr Sörlot (59) fərqlənib.
"Real" finalda daha əvvəl "Atletik"i 5:0 hesabı ilə məğlub edən "Barselona" ilə qarşılaşacaq. Matç yanvarın 11-də keçiriləcək.