logo
logo logo
logo

Aziz Yıldırım ilk transferini etdi

10:08 - 10 İyun 2026

Aziz Yıldırım ilk transferini etdi

Səkkiz illik fasilədən sonra yenidən "Fənərbağça"nın prezidenti seçilən Aziz Yıldırım ilk transferini reallaşdırıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub rəhbərliyinə qayıtdıqdan sonra açıqlama verən A.Yıldırım əvvəlki dövrlərdə qazandığı təcrübədən istifadə edərək komanda ilə birlikdə uğur qazanacaqlarını bildirmişdi. O, qarşıya qoyulan əsas məqsədin çempionluq olduğunu vurğulayaraq heyətin gücləndirilməsi istiqamətində zəruri addımların növbəti 15 gün ərzində atılacağını söyləmişdi.


Məlumata görə, Fənərbağça İspaniyanın Mallorca klubunda çıxış edən Vedat Muriqini 15 milyon avro transfer haqqı qarşılığında heyətinə cəlb edib.


Hazırda 32 yaşı olan kosovalı hücumçu 2020-ci ildə "Fənərbağça"dan İtaliyanın Lazio klubuna 21 milyon avro qarşılığında transfer olunmuşdu.


Beləliklə, Vedat Muriqi bir neçə ildən sonra yenidən İstanbul təmsilçisinin formasını geyinəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az