"Fənərbağça" Vedat Muriqidən sonra Serhou Guirassi transferini də rəsmiləşdirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, komandanın Almaniya təmsilçisi Borussia Dortmund ilə keçid üçün ödəniş və ödəmə planı üzrə əsas razılığa gəldiyi bildirilib.
Bu transfer klubun hücum xəttini gücləndirmək məqsədini daşıyır. Futbolçunun rəsmi təqdimatının yaxın günlərdə baş tutacağı gözlənilir. Komanda rəhbərliyi yeni transferlərlə çempionluq uğrunda mübarizəni daha da gücləndirməyi planlaşdırır.