logo
logo logo
logo

"Beşiktaş"ın məşhur ulduzuna təklif gəldi 

17:14 - 11 İyun 2026

\"Beşiktaş\"ın məşhur ulduzuna təklif gəldi 

Yeni mövsüm üçün heyətin formalaşdırılması istiqamətində işlərini davam etdirən "Beşiktaş"da transfer olunacaq futbolçularla yanaşı komandadan ayrılacaq oyunçular da diqqət mərkəzindədir.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yeni mövsüm planlarında yer almadığı bildirilən Nigeriya əsilli alman müdafiəçi Felix Uduokhai üçün rəsmi transfer təklifinin daxil olduğu qeyd edilir.


Məlumata görə, Uduoxayın menecerləri futbolçunun transferi ilə bağlı müxtəlif klublarla danışıqları davam etdirirlər. "Beşiktaş" rəhbərliyinin 28 yaşlı mərkəz müdafiəçisi üçün gələcək təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.


Hazırda futbolçuya hansı klubun rəsmi təklif göndərdiyi açıqlanmasa da, yaxın günlərdə transfer məsələsində konkret addımların atılacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az