Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.
Manset.az xəbər verir ki, Paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ilk hissədən sonra ev sahibləri 1:0 hesabı ilə öndədirlər.
Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
***
23:25
Meksikada futbol üzrə DÇ-2026-nın ilk qolu vurulub.
Manset.az xəbər verir ki, Meksika - Cənubi Afrika (CAR) qarşılaşmasında meydan sahibləri hesabı açıblar.
Mexikodakı "Mexiko Siti" stadionundakı matçın 9-cu dəqiqəsində Juilan Kinones fərqlənib.
***
23:11
Meksikada futbol üzrə dünya çempionatına start verilib.
Manset.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşır.
Paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda başlayan görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
Oyunun start fiti saat 23:00-da səslənib.