logo
logo logo
logo

Türkiyə millisinin dünya çempionatında ilk oyunu bu tarixdə olacaq 

11:49 - 12 İyun 2026

Türkiyə millisinin dünya çempionatında ilk oyunu bu tarixdə olacaq 

Xəbər verdiyimiz kimi, ötən gün futbol üzrə 23-cü dünya çempionatı start götürüb. Açılış oyunu A qrupunda Meksika ilə CAR arasında baş tutub. Yekunda Meksika 2-0 qalib gəlib. Futbol üzrə 23-cü Dünya Çempionatının davam etdiyi bu günlərdə azərbaycanlıları maraqlandıran əsas sual isə Türkiyə millisinin ilk oyununun nə zaman olacağıdır. 


Manset.az-ın əldə etdiyi məlumata görə, ilk oyunda Türkiyə millisi 14 iyun tarixində Avstraliya milli komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 08:00-da baş tutacaq. 

İlkin məlumata görə, Türkiyə komandasının məşhur oyunçusu, hazırda “Yuventus” komandasında oynayan Kenan Yıldızın zədə səbəbindən ilk oyunda meydana çıxmaması ehtimal olunur. 

Oyuna Jesus Valenzuela hakimlik edəcək. Türkiyə və Avstraliya milliləri Vancouver şəhərində yerləşən 54 405 tamaşaçı tutumuna malik “BC Place” stadionunda qarşılaşacaq. 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az