Futbol üzrə Türkiyə yığma komandası dünya çempionatında ilk oyununa çıxacaq.
Manset.az-ın əldə etdiyi məlumata görə, ilk oyunda Türkiyə millisi sabah Bakı vaxtı ilə 08:00-da Avstraliya milli komandası ilə qarşılaşacaq. Oyun İctimai televiziya və Türkiyənin TRT1 kanalı vasitəsilə canlı yayımlanacaq. Bundan əlavə İctimai TV-nin rəsmi internet saytı (live.itv.az) və kanalın youtube səhifəsindən izləmək mümkün olacaq.
İlkin məlumata görə, Türkiyə komandasının məşhur oyunçusu, hazırda “Yuventus” komandasında oynayan Kenan Yıldızın zədə səbəbindən ilk oyunda meydana çıxmaması ehtimal olunur.
Oyuna Jesus Valenzuela hakimlik edəcək. Türkiyə və Avstraliya milliləri Vancouver şəhərində yerləşən 54 min tamaşaçı tutumuna malik “BC Place” stadionunda qarşılaşacaq.