Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Manset.az xəbər verir ki, İstanbul təmsilçisi bu mərhələdə Polşanın “Qornik” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək.