“Real Madrid” klubu “Barselona”nı UEFA-ya şikayət etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, klubun rəsmi internet səhifəsində yayılan məlumatda bildirilir ki, prezident Florentino Peresin seçki kampaniyası zamanı dəfələrlə vurğuladığı kimi, “Neqreyra işi” üzrə UEFA-ya rəsmi şikayət təqdim olunub.
Açıqlamada həmin prosesin hüquqi müstəvidə davam etdirildiyi qeyd edilir.