logo
logo logo
logo

Məşhur futbol ulduzu karyerasını sonlandırdı - FOTO

14:48 - 19 İyun 2026

Məşhur futbol ulduzu karyerasını sonlandırdı - FOTO

Karyerası ərzində “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” klublarının formasını geyinmiş 37 yaşlı Caner Erkin futbolçu karyerasını başa vurduğunu elan edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Caner Erkin peşəkar futbol karyerasını bitirdiyini sosial şəbəkə hesabında etdiyi paylaşım vasitəsilə ictimaiyyətə çatdırıb. Karyerası ərzində Türkiyədə “Manisaspor”, “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Fatih Karagümrük”, “Başakşəhər”, “Eyüpspor” və son olaraq “Sakaryaspor” klublarında çıxış edən 37 yaşlı müdafiəçi, eyni zamanda Rusiyanın “ÇSKA Moskva” və İtaliyanın “İnter” klublarında da oynayıb.

“Manisaspor”un yetirməsi olan Caner Erkin karyerası boyunca ümumilikdə 10 kubok qazanıb. O, 3 dəfə Türkiyə Superliqası, 3 dəfə Rusiya Kuboku, 2 dəfə Türkiyə Kuboku, 1 dəfə Türkiyə Superkuboku və 1 dəfə I Liqa çempionluğu əldə edib.

Ümumilikdə 628 oyunda meydana çıxan futbolçu 45 qol vurub, 133 məhsuldar ötürmə verib. Türkiyə milli komandasının formasını 63 dəfə geyinən Caner Erkin milli karyerasını 2 qol və 11 assistlə tamamlayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az