logo
logo logo
logo

"Qarabağ" daha 2 futbolçu ilə yollarını ayırdı - FOTO

15:59 - 22 İyun 2026

\"Qarabağ\" daha 2 futbolçu ilə yollarını ayırdı - FOTO

"Qarabağ" xorvatiyalı Fabian Buntiç və yerli qolkiper Amin Ramazanovla yollarını ayırıb.


Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, Fabian Buntiçlə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Amin Ramazanovun isə klubla olan müqavilə müddəti başa çatıb və onunla yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, 2024-cü ilin yayında Portuqaliyanın "Vizela" klubundan transfer olunan Xorvatiya əsilli qapıçı Fabian Buntiç "köhlən atlar"ın heyətində möhkəmlənə bilməyib. Amin Ramazanov isə 2022-ci ildən bəri "Qarabağ"ın uğurları üçün çalışırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az