İngiltərənin "Mançester Yunayted" klubu 100 min azarkeş tutumuna malik yeni stadionun inşası üçün nəzərdə tutulan torpaq sahəsini əldə edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, ərazi hazırkı stadion "Old Trafford"-dan 350 metr şimal-qərbdə yerləşir. 10 hektarlıq sahə Böyük Britaniyanın sənaye obyektlərinin aparıcı təchizatçısı "Indurent" şirkətindən alınıb, lakin məbləğ açıqlanmayıb.
Layihə təxminən 2 milyard funt sterlinq dəyərində olacaq və yeni stadionla yanaşı ətraf ərazilərin yenidən qurulması, minlərlə iş yerinin yaradılması və ölkə iqtisadiyyatına böyük həcmdə töhfə verilməsi nəzərdə tutulur.