logo
logo logo
logo

Messi Dünya Kuboku tarixinə düşdü

17:43 - 23 İyun 2026

Messi Dünya Kuboku tarixinə düşdü

Argentina millisinin kapitanı Lionel Messi 2026 Dünya Kubokunun J qrupunda Avstriyaya qarşı keçirilən oyunda diqqət mərkəzinə düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, argentinalı ulduz vurduğu qollarla turnir tarixində ən çox qol vuran futbolçu adına sahib olub.

2026 Dünya Kubokunda Argentina Avstriya ilə qarşılaşıb. Cənubi Amerika komandası oyunun 9-cu dəqiqəsində Messinin yerinə yetirdiyi penalti zərbəsindən yararlana bilməyib.

Lakin ulduz futbolçu 38-ci və 90+5-ci dəqiqələrdə fərqlənərək komandasının 2:0 hesablı qələbəsini təmin edib. Messinin qolları sayəsində Argentina turnirdə ardıcıl ikinci qələbəsini qazanıb.

Avstriya ilə oyunda iki qol vuran Lionel Messi Dünya Kuboku tarixində yeni rekorda imza atıb. O, mundiallarda vurduğu qolların sayını 18-ə çatdıraraq Miroslav Klosenin 16 qolluq rekordunu geridə qoyub və turnir tarixinin ən məhsuldar bombardiri olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az