Türkiyə Basketbol Super Liqasında çıxış edən "Beşiktaş" GAİN Basketbol Takımı qısa forvard mövqeyində çıxış edən Canberk Kuşla yollarını ayırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, klubun açıqlamasında 29 yaşlı basketbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildiyi bildirilib.
Komanda Canberk Kuşa göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.