logo
logo logo
logo

UEFA “Fənərbağça”ya CƏZA VERDİ

11:47 - 25 İyun 2026

UEFA “Fənərbağça”ya CƏZA VERDİ

UEFA-nın “Fənərbağça” klubuna tətbiq etdiyi cəza açıqlanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərara əsasən, İstanbul təmsilçisi UEFA ilə 3-4 mövsümlük razılaşma sazişi imzalamağa məcbur olacaq. Bu saziş klubun gələcək transfer siyasətinə də birbaşa təsir göstərəcək.

UEFA tərəfindən yüksək məbləğdə maliyyə sanksiyası və xal silinməsi cəzası gözləyən “Fənərbağça” üçün ən ağır ssenari reallaşmayıb.

Klubdan yazılı izahat tələb edən qurum yekun qərarını verərək “Fənərbağça”nı 7,5 milyon avro məbləğində cərimələyib və maliyyə intizamı ilə bağlı xəbərdarlıq edib.

Qərarın sabah “Fənərbağça” klubuna rəsmi şəkildə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, 2026-cı il yanvarın 24-də UEFA-nın Klubların Maliyyə Nəzarəti Qurumunun (CFCB) dörd müfəttişi və müstəqil audit şirkəti Deloitte klubda iki gün davam edən yoxlamalar aparmışdı. Məlumata görə, CFCB baş məşqçi Joze Maurinyo və Diego Carlos ilə bağlanmış müqavilələrdə xərcləmə limitlərinin aşıldığını müəyyən edib. Həmçinin Kerem Aktürkoğlunun transferi zamanı təlimatlara zidd addımların atıldığı qənaətinə gəlinib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az