Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın kapitanı və hücumçusu Kriştianu Ronaldunun fiziki vəziyyəti barədə danışıb.
Manset.az Goal nəşrinə istinadən xəbər verir ki, baş mütəxəssis ulduz futbolçunun tam matç boyunca meydanda qala biləcəyini vurğulayıb.
“Kriştianu lazımi zamanda, lazımi yerdə olmağa vərdiş edib. Onun üçün bütün 90 dəqiqəni meydanda keçirmək heç bir problem yaratmır”.