logo
logo logo
logo

Təkəri partlayan avtomobil aşdı - 3 nəfər öldü

14:29 - 30 İyun 2026

Təkəri partlayan avtomobil aşdı - 3 nəfər öldü

Türkiyənin Lüləburqaz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı şlaqbaumlara çırpılıb. Zərbənin təsirindən avtomobilin təkəri partlayıb və nəqliyyat vasitəsi aşıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, xilasetmə və polis əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, qəza nəticəsində avtomobildən kənara atılan Emirhan Lozanlıoğlu, Ömər Zar və Ferhat Tomurcuk hadisə yerində həyatını itiriblər.

Qəza zamanı xəsarət alan daha bir nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Yaralı daha sonra Kırklareli Dövlət Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az