“Qarabağ” Macarıstanın ZTE klubundan mərkəz müdafiəçisi Bense Varkonini transfer edir.
Manset.az xəbər verir ki, bu barədə tanınmış insayder Saşa Tavolieri özünün “X” hesabında məlumat yayıb.
Məlumata görə, transferin dəyəri təxminən 1 milyon avro təşkil edir. 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisinin Azərbaycan klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.
İnsayder qeyd edib ki, Bense Varkoni ZTE klubunun əsas heyət oyunçularından biri olub və karyerasında növbəti addımı məhz “Qarabağ”a keçməklə atır.
🇭🇺 Bence Várkonyi joins Qarabag from ZTE in a deal worth around €1M 💰
— Sacha Tavolieri (@sachatavolieri) June 29, 2026
The 24-year-old centre-back is expected to sign a 3-year contract ✍️. A key starter for ZTE, he now takes the next step by joining Azerbaijan’s biggest club 🇦🇿🦅. pic.twitter.com/qd4RTIOCs6