UEFA heyətin saxlanılması xərcləri ilə bağlı maliyyə qaydasını pozduğu üçün “Fənərbağça” S.K. klubunu 7 milyon avro məbləğində cərimələyib.
Manset.az Türkiyə mediasına istimadən xəbər verir ki, məlumata görə, klub 2025-ci il təqvim dövrü üzrə heyət xərclərinin gəlirlərə nisbəti üçün müəyyən edilmiş 70 faizlik həddi aşdığına görə maliyyə qaydasını pozmuş hesab edilib.
Bununla yanaşı, UEFA-nın Klubların Maliyyə Nəzarəti Orqanının Birinci Palatası Aston Villa F.C., Chelsea F.C., Newcastle United F.C., Nottingham Forest F.C., OGC Nice, RC Strasbourg Alsace, AEK Athens F.C. və ACF Fiorentina klubları barədə də maliyyə sanksiyası tətbiq edib.