logo
logo logo
logo

Norveç millisi 1/16 final mərhələsinə yüksəldi - DÇ-2026

23:16 - 30 İyun 2026

Norveç millisi 1/16 final mərhələsinə yüksəldi - DÇ-2026

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.


Manset.az xəbər verir ki, günün ilk matçında Fil Dişi Sahili və Norveç milliləri üz-üzə gəlib.

    Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

    Oyunda hesabı Norveç millisi açıb. Antonio Nusa qarşısıalınmaz zərbə ilə komandasını önə keçirib: 1:0. İlk hissədə başqa qol vurulmayıb.

    Afrika təmsilçisi 74-cü dəqiqədə bərabərlik qolunu vurub. Amad Diallo fərqlənib. 86-cı dəqiqədə səhnəyə Erlinq Haaland çıxıb. "Siti"nin ulduzu hesabı 2:1 edən qolu vurub.

    Görüş bu hesabla başa çatıb və Norveç millisi adını növbəti mərhələyə yazdırıb.

    Norveç 1/8 final mərhələsində Braziliya yığması ilə qarşılaşacaq.

    DÇ-2026
    1/16 final
    30 iyun
    21:00. Fil Dişi Sahili – Norveç 1:2

    Qol: A. Nusa, 39, A. Diallo, 74, E. Haaland, 86

    Fil Dişi Sahili: Fofana, Due, Kossunu, Aqbadou, Konan, Sanqare, Pepe, Kessie, İnao Ulay, Diomande, Bonni

    Norveç: Nüland, Vulfe, Lisaker-Heggem, Ayer, Pedersen, Berq, Berge, Odeqor, Nusa, Haaland, Sörlot.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az