İngiltərə Premyer Liqasının təmsilçisi "Liverpul FC" Fransa klubundan Stade Rennais çıxış edən Jeremi Jakeni heyətinə qatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Mersisayd" təmsilçisi transferi rəsmi şəkildə açıqlayıb.
Bildirilir ki, 20 yaşlı fransalı müdafiəçi üçün 63,6 milyon avro transfer haqqı ödənilib və futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Jeremi Jaken ötən mövsüm 21 oyunda meydana çıxıb.