Ronaldo penalti öncəsi "Bismillah" dedi, görüntü gündəm oldu.
Manset.az Haber Global agentliyinə istinadən xəbər verir ki, Portuqaliya 2026-cı il FIFA Dünya Çempionatının 1/16 final mərhələsində Xorvatiya ilə qarşılaşıb.
Gərgin keçən görüşdə Portuqaliya Ramos və Kriştiano Ronaldonun vurduğu qollar sayəsində rəqibini 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Qarşılaşmada penaltidən fərqlənən Kriştiano Ronaldo Dünya Çempionatının seçmə mərhələlərində qol vuran ən yaşlı futbolçu kimi tarixə düşüb. Oyundan sonra sosial şəbəkələrdə yayılan görüntülərdə Ronaldonun penalti zərbəsini yerinə yetirməzdən əvvəl "Bismillahir-rahmanir-rahim" dediyi əks olunub. Həmin anlar azarkeşlərin diqqətini cəlb edib və geniş müzakirələrə səbəb olub.