logo
logo logo
logo

Meksika 1/8 finalda mübarizəni dayandırdı - DÇ-2026

09:15 - 06 İyul 2026

Meksika 1/8 finalda mübarizəni dayandırdı - DÇ-2026

Meksika millisi DÇ-2026-nın 1/8 final mərhələsində İngiltərəyə 2:3 hesabı ilə məğlub olaraq 1994-cü ildən bəri səkkizinci dəfə bu mərhələdə mübarizəni dayandırıb.


Manset.az xəbər verir ki, Şimali Amerika təmsilçisi bundan əvvəl 1994–2018-ci illər arasında keçirilən yeddi ardıcıl dünya çempionatında da 1/8 finaldan irəli gedə bilməyiblər.

Komanda 2022-ci il mundialında isə mübarizəni qrup mərhələsində dayandırıb.

Meksika millisi sonuncu dəfə 40 il əvvəl dünya çempionatının 1/4 finalına yüksəlib. Komandanın mundiallardakı ən yaxşı nəticəsi 1970 və 1986-cı illərdə əldə etdiyi 1/4 final mərhələsidir.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az