2026-cı il FIFA Dünya Çempionatının final oyununu idarə edən sloveniyalı hakim Slavko Vinçiç 46 yaşında hakimlik karyerasını başa vurub.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Sloveniya Futbol Federasiyasının yaydığı bəyanatda deyilir:
"ABŞ-da keçirilən Dünya Çempionatının finalından cəmi bir həftə sonra Slavko Vinçiç tarixi hakimlik karyerasını futbolun ən yüksək səviyyəsində rəsmən başa vurdu. Dünya Çempionatının finalını idarə etməklə qazandığı nüfuz sayəsində o, hakimlik əfsanələri arasında öz yerini möhkəmləndirdi."
Qeyd edək ki, Vinçiç 2024–2025-ci il mövsümünün ikinci yarısında "Qalatasaray" və "Fənərbaxça" arasında keçirilən derbi matçını idarə etmişdi. Onun hakim kimi son oyunu isə Argentina ilə İspaniya arasında baş tutan 2026-cı il FIFA Dünya Çempionatının finalı olub.